Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

 

İcazə verin, Rusiya Federasiyasının Beynəlxalq Hüquqşünaslar İttifaqının Krasnoyarsk vilayəti üzrə nümayəndəliyi adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edim.

1993-cü ildən bu günə qədər bütün dünya və mütərəqqi bəşəriyyət Azərbaycan Respublikasının siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə əldə etdiyi misilsiz tərəqqinin şahidi olmuşdur.

Seçdiyiniz siyasi kurs Azərbaycan vətəndaşlarının həyatının daim yaxşılaşdırılmasına yönəlib.

Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində yaşayan və işləyən azərbaycanlı, Beynəlxalq Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvüKrasnoyarsk vilayəti üzrə rəhbəri, Yeni Azərbaycan Partiyasının üzvü olaraq, Sizin - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası və əzəli tarixi Qarabağ torpaqlarının azad olunması istiqamətində qazandığınız böyük Qələbəmizə görə Zati-alinizə dərin minnətdarlığımı ifadə edirqürur hissi keçirdiyimi bildirirəm.

Bütün dünya üçün bu böyük Qələbə Sizin xalqa, Vətənə - Azərbaycana olan fədakar məhəbbətinizin daha bir danılmaz sübutu oldu.

İcazə verin, Sizə səmimi qəlbdən cansağlığı və uzun ömür arzulayım.

 

Hörmətlə,

 

Ceyhun Cəfərov,

 

Rusiya Federasiyasında fəaliyyət göstərən Beynəlxalq

 

Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü,

 

Krasnoyarsk vilayəti üzrə rəhbəri

 

Azərbaycan.- 2021.- 29 dekabr.- S.3.