Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

 

Qazaxıstan Respublikasının Kostanay vilayətində yaşayan azərbaycanlılar adından sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Sizin apardığınız müstəqil siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanmış, ümumdünya müstəvisində özünə layiqli yer tutmuş, ölkə daxilində uzunmüddətli sabitliyə və sürətli iqtisadi inkişafa nail olmuşdur.

Vətən müharibəsindəki Zəfərimiz, işğal altındakı torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması biziçox sevindirdi. Həmin ağır və şərəfli günlərdə qardaş Qazaxıstan Respublikasında yaşayan azərbaycanlılar da xalqımızın, dövlətimizin yanında oldular, Azərbaycan həqiqətlərinin başqa xalqların nümayəndələrinə çatdırılmasında öz töhfələrini verdilər.

Əminik ki, yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda, beynəlxalq aləmdə daha böyük nailiyyətlər əldə edəcək.

Hörmətli cənab Prezident, əlamətdar yubileyiniz münasibətilə Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Hörmətlə,

 

Rafail Hacıbalayev,

 

Qazaxıstan Respublikası Kostanay Vilayəti Azərbaycanlıları İctimai Birliyinin sədri

 

Azərbaycan.- 2021.- 29 dekabr.- S.3.