Gələcəyə hədəflənmiş siyasət

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış yüksək nailiyyətlər  Ulu Öndər Heydər Əliyev irsini tamamlayır və dayanıqlı inkişafa doğru aparır

 

Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların fəal üzvüdürbütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Azərbaycanın sözü həlledici sözdür.

Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”. Ulu Öndər Heydər Əliyevin uğurlu inkişaf strategiyası haqqında Prezident İlham Əliyevin söylədiyi bu fikirlər özünü bütün sahələrdə doğruldub.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan keçid dövründə mövcud çətinliklərin öhdəsindən məharətlə gəlib. Ölkəmizin inkişaf strategiyasının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin zəngin irsi dövlətçiliyimizin tərəqqisi naminə xalqımız üçün böyük qürur mənbəyidir. Ulu Öndər respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Onun başçılığı ilə  iqtisadi inkişaf yoluna qədəm qoyan dövlətimizdə bir-birinin ardınca genişmiqyaslı layihələr gerçəkləşdirilib ki, bu da respublikanın  inkişaf strategiyasında öz bəhrəsini göstərib. 2003-cü ildən başlayaraq Azərbaycanın xilaskarı Heydər Əliyevin layiqli siyasi varisi - Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti isə ölkəmizi  iqtisadi inkişaf potensialına görə dünyada lider mövqeyə çıxarıb. Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq, onun dinamik və hərtərəfli inkişafını təmin edir, dünyadakı mövqelərini daha da möhkəmləndirir.

 Regionun yeni siyasi-iqtisadi reallığından söz açarkən, ilk növbədə, 2004-cü ildən bugünədək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası yada düşür. Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastruktur layihələri uğurla gerçəkləşib, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülüb. Hazırda inkişafa hesablanmış belə layihələrin miqyası genişləndirilməkdədir.

Ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. 44 günlük Vətən müharibəsində əldə  edilən şanlı Qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanıb. Bu, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpüyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-diplomatik siyasəti ilə qazanılan Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla Azərbaycanın inkişafına böyük təkan verəcəyi isə bu gün dünyanın aparıcı güc dövlətlərinin siyasi xadimlərinin də dilindən eşidilməkdədir. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.

Qələbə nəticəsində regionun yeni siyasiiqtisadi mənzərəsi formalaşdı. Nəinki Azərbaycan xalqına, bütün dünyaya məlum oldu ki, düşmən torpaqlarımızı işğal altında saxlayarkən, demək olar ki, bütün əraziləri darmadağın etmiş, bu yurdlarımızda insanın həyat sürməsi üçün heç bir iz buraxmamışdır. İşğaldan azad edilən torpaqlarda inzibati binalar, təhsil-tərbiyə ocaqları, mədəniyyət, səhiyyə müəssisələri, ümumilikdə, bütün kənd, rayon, şəhərlər tamamilə xarabalığa çevrilmişdir.

Dövlət başçısı müraciət və çıxışlarında dəfələrlə bəyan etmişdi ki, düşmənin darmadağın etdiyi ərazilərimizi abadlaşdırmaq, işğaldan azad edilən torpaqlarımızı gülüstana çevirmək Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələlərdəndir. Hazırda Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər kifayət qədər çoxşaxəlidir. Azərbaycan yeni dəhliz layihələrini ortaya qoyubbu istiqamətdə artıq irəliyə doğru addımlar atılmaqdadır. Düşmən tərəfi bu layihələrin icrasına mane olmaq gücündə  deyilson danışıqlar da bunu təsdiqləyir. Azad edilən şəhər, kənd və qəsəbələrin bərpası istiqamətində atılan konkret addımlar və digər xüsusi əhəmiyyət kəsb edən amillər ölkəmizin beynəlxalq investorlar üçün cəlbediciliyini daha da artırıb. İşğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımız, erməni vandalları tərəfindən dağıdılmış ərazilər sürətlə bərpa olunur, “Böyük qayıdış” planının gerçəkləşməsinə demək olar ki, az qalıb.

Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Həmin sənəddə işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildiyi bildirilir. Eyni zamanda həmin ərazilərin zəngin iqtisadi potensialından səmərəli istifadə etməklə düşməndən təmizlənən yerlərin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasının şərtləndiyi diqqətə çatdırılır.

Xatırlatmaq yerinə düşər ki, sözügedən fərmanla Azərbaycanda 10 iqtisadi rayonun 14-ə çatdırılması təbii ki, Vətən müharibəsində parlaq Qələbə ilə torpaqların işğaldan azad edilməsindən irəli gəlir. Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edən Qarabağ və Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarından ibarət Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ərazi bütövlüyümüzün tam təmin edilməsinin bariz ifadəsidir. Bu həm də o deməkdir ki, Azərbaycan iqtisadiyyatı bundan sonra bir neçə dəfə böyüyür. Həmçinin iqtisadiyyatın regionalsektoral strukturu dəyişir, habelə Qarabağ iqtisadiyyatı dövriyyəyə qayıdır.

Qarabağın işğaldan azad olunmasından sonra aparılan infrastruktur quruculuğu layihələrindən olan hava limanları nəinki iqtisadi nöqteyi-nəzərdən, həm də geosiyasigeoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artırıb. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, qardaş Türkiyədən ölkəmizə ilk uçuşlar da həyata keçirilib. Bu ilin sentyabr ayında istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqları ən ağır yükbütün növ sərnişin təyyarələrini qəbul etməyə imkan verir. Hava limanında həm xaricdən alacağımız yüklər, ərazilərin bərpası, həm də turistlərin daha sərfəli və qısa yolla birbaşa işğaldan azad olunan ərazilərimizə səfər etməsi üçün şərait yaradılıb. Bu, işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət mənada böyük təsir göstərərək turizm sektorunun inkişafına böyük təkan verəcək.

Zəngilan Laçında da hava limanları inşa edilir. Digər tərəfdən Ağdam şəhəri baş plana uyğun olaraq yenidən qurulur. Yola salmağa hazırlaşdığımız ilin aprel ayında Prezident İlham Əliyev tərəfindən təməli qoyulan birinciağıllı kənd” pilot layihəsində nəzərdə tutulan işlər sürətlə davam edir. Ən diqqətçəkən bəlkə düşməni təşvişə salan isə Azərbaycanın bütün bu layihələri, xərcləri öz hesabına etməsidir. Xarici şirkətlər bu yenidənqurma layihələrinə sadəcə podratçı kimi dəvət edilir.

Qarabağda inşa olunan yollar bölgənin yenidən qurulması istiqamətində atılan addımların tərkib hissəsi olmaqla yanaşı, həm Zəngəzur dəhlizinin yaradılmasına xidmət edir. Region ölkələrini birləşdirəcək dəhlizlərin açılması bu istiqamətdə inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək tranzit əhəmiyyətini artıracaq.

Azərbaycanın inkişaf yolunda inamla irəliləməsinin digər bir səbəbi xalqın dövlət başçısına olan etimadı inamıdır. Son 20 ilə yaxın müddətdə daim Prezidentimizə sadiq qalan xalqımız ötən il Vətən müharibəsi zamanı daha böyük birlik nümayiş etdirərək, qələbəmizin qazanılmasına  töhfəsini verdi. Qalib Sərkərdənin, qalib dövlətin qalib xalqı təbii ki, bundan sonra da ölkəmizin dinamik inkişafına çalışacaq! Prezidentimizin rəhbərliyi ilə tərəqqiyə, strateji hədəflərə hesablanmış proqramların həyata keçirilməsinin nəinki şahidi, həm iştirakçısına çevriləcəyik.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2021.- 25 dekabr.- S.11.