Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

 

Özbəkistanda yaşayan azərbaycanlılar, bu ölkədə fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi adından Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Ürəyində Azərbaycan sevgisi ilə yaşayan bütün azərbaycanlılar vətəndaşı olduqları ölkələrdən asılı olmayaraq, Sizə böyük hörmət bəsləyirlər. Çünki məhz Sizin Ali Baş Komandanlığınızla Azərbaycan Ordusu torpaqlarımızın illərlə davam edən işğalına son qoydu.

Siz postmüharibə dövründə də Azərbaycanı dünyaya sülhsevər ölkə kimi tanıdırsınız. Bu, xalqımıza, dövlətimizə xas olan xüsusiyyətdir, keçmişə nəzər salsaq, demək olar ki, tarixi irsimizdir. Millətini sevən hər bir azərbaycanlı lazım olan anda “Təki Vətən sağ olsun!” deyərək torpaq uğrunda canını qurban verməyə hazır olduğunu da sübut etdi.

Siz, eyni zamanda, qalib ölkə, Müzəffər Ali Baş Komandan, dünya siyasətinin incəliklərini mükəmməl bilən, təcrübəli dövlət başçısı kimi humanistlik nümayiş etdirərək sülhə tərəfdar olduğumuzu dünya ictimaiyyətinə bəyan edirsiniz.

Cənab Prezident, ümummilli liderimiz Heydər Əliyev xarici ölkələrə səfəri zamanı diaspor üzvləri ilə görüşdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına önəm verməyimizi tövsiyə edirdi. Sizi əmin edirik ki, diaspor üzvlərimiz bu istiqamətdə səylərini davam etdirirdaha da gücləndirirlər.

Hörmətli Prezident, Sizə və ailə üzvlərinizə Allahdan möhkəm cansağlığı, uzun ömür, məsuliyyətli işinizdə uğurlar diləyirəm.

 

Tanrı Sizə yar və yardımçı olsun!

 

Hörmətlə,

 

Firdovsi Hüseynov,

 

Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri

 

Azərbaycan.- 2021.- 29 dekabr.- S.3.