Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu.

 

Adıgey Respublikası və Krasnodar diyarı Müsəlmanlarının Ruhani İdarəsi adından və şəxsən öz adımdan Sizi yubileyiniz - anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Bizim təbriklərimizi Sizə dərin hörmət və minnətdarlıq əlaməti kimi qəbul edin. Biz Sizin təkcə Azərbaycan Respublikasında deyil, bütün Qafqazda İslamın qorunub saxlanması və inkişafı üçün səylərinizi yüksək qiymətləndiririk. Sizin müdrikliyiniz və həyat təcrübəniz bizim dinimiz əsasında Qafqaz xalqlarının mənəvi birliyinin möhkəmlənməsinə xidmət edir.

Sizə, doğmalarınıza və yaxınlarınıza səmimi qəlbdən aydın səma, möhkəm cansağlığı, qəlb hərarəti, bolluq, rifahUlu Tanrının mərhəmətini diləyirik.

Qoy həyatınızın qarşıdakı illəri nəzərdə tutduğunuz planların gerçəkləşməsi illəri olsun, Azərbaycan Respublikasına çoxlu xoşbəxt günlər və firavanlıq gətirsin, sevincinizi artırsın, xeyirxah işlər görmək imkanı bəxş etsin.

Mərhəmətli qadir Allah Sizi qorusun.

 

Hörmətlə,

 

Askarbiy Kardanov,

 

Rusiya Federasiyası Adıgey Respublikası Krasnodar diyarının müftisi

 

Azərbaycan.- 2021.- 29 dekabr.- S.3.