Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu,

İcazə verin, doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi, xoşbəxtlik və cansağlığı arzularımı bildirim. Fürsətdən istifadə edib Sizi qarşıdan gələn Yeni, 2022-ci il münasibətilə də təbrik etmək istərdim.

İyirmi beş il ərzində Fransa Milli Assambleyasının deputatı kimi, sizin ölkənizlə tanış olmaq imkanım olub. Beş il ölkələrimiz arasında dostluq qrupunun prezidenti kimi, Sizin ölkənin nümayəndələri ilə dərin məzmunlu söhbətlərimizi həmişə yüksək qiymətləndirmişəm. Onların nəzakətliliyi, Avropa xalqlarının siyasi və mədəni məsələlərinə dərindən bələd olmaları Sizin ölkə haqqında təhrif edilmiş məlumatlardan və onun məruz qaldığı hücumlardan əhəmiyyətli dərəcədə fərqlənirdi.

Azərbaycana səfərlərim mənim üçün həmişə böyük tarixi görüşə oxşayırdı. Sizin ölkənizdə ilk dəfə 1996-cı ildə olmuşambu ölkə haqqında çox yaxşı xatirələrim qalıb. Sizə xas olan qonaqpərvərlik sayəsində Azərbaycanla uzunmüddətli və möhkəm dostluq münasibətləri yaranıb. Buna görə də 2020-ci ildə suveren Azərbaycanın ərazisi olan torpaqlar özünə qaytarılanda sizin həmvətənlərinizin sevincini gözəl başa düşürəm.

Bəzi KİV-lərin Azərbaycanı təhrif olunmuş şəkildə təqdim etmək istəyi məni kədərləndirir və narahat edir. Sizin xalqınıza qarşı çoxsaylı lobbilər fəaliyyət göstərir. Onların Avropada çoxsaylı siyasi partiyalara nüfuz etməsi heyrət doğurmaya bilməz.

Sizin Konstitusiyaya əsasən dini plüralizmə və etiqad azadlığına hörmət bəslənilməsinə təminat verilir. Radikalizm bütün planet üçün təhlükə doğurduğu bir vaxtda bizim hökumətlərimiz Sizin xalq barəsində yalan məlumatlar yayılmasına son qoymalı və özlərinin cəmiyyətdə harmoniyabütün dinlərə hörmət öhdəliklərini yada salmalıdırlar.

Mən müxtəlif mandatlara malik olduğum dövrdə bunu xatırlatmaq imkanını heç vaxt əldən verməmişəm və bu istiqamətdə işləməkdə davam edirəm. Əmin ola bilərsiniz ki, Siz mənim şəxsimdə ölkənizin sədaqətli, həqiqəti bərpa etmək üçün onun barəsində yayılan yalanlara qarşı mübarizə aparmağa həmişə hazır olan dostunu taparsınız.

Doğum gününüz münasibətilə bir daha təbriklərimi və Sizə ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Tyerri Mariani

Fransa Respublikasının sabiq nəqliyyat naziri

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.3.