Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan sevinc hissi duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan xalqı hər kəsin şahidi olduğu tərəqqi və firavanlıq, bizimlə dost ölkəniz beynəlxalq miqyasda yüksək nüfuz əldə edib. Bütün bunlar Sizin fədakar xidmətləriniz, xalqınızın dəyanəti, dövlətinizin qüdrəti sayəsində mümkün olub və beynəlxalq birlik tərəfindən təqdir edilir.

Sizin rəhbərliyiniz sayəsində Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasındakı münasibətlər yüksək səviyyədə inkişaf etmişdir və təqdirəlayiqdir. Bu isə Ərəb Elektron Media Birliyində biz jurnalistlərə və şəxsən mənə Azərbaycanın öz ərazi bütövlüyüsuverenliyi ilə bağlı hüquqlarını dəstəkləməyə, erməni təcavüzünü pisləməyə stimul verib. Biz jurnalist olaraq malik olduğumuz gücümüz çərçivəsində kütləvi informasiya vasitələrində dost ölkəniz öz qanuni hüquqlarına nail olana qədər ona dəstəyimizi nümayiş etdirmişik.

Sizi ürəkdən təbrik edir və möhkəm cansağlığı arzulayıram.

Dərin hörmətlə,

 

Feysəl Xəlifə Əl-Səvvağ

Misirdə fəaliyyət göstərən Ərəb Elektron Media Birliyinin sədri

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.3.