Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar üzrə
İşçi Qrupunun
növbəti iclası keçirilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, İşçi
Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının
nümayəndələrinin iştirak
etdikləri iclasda xüsusi
olaraq qeyd olunub ki, işğaldan
azad edilmiş ərazilərin
müasir çağırışlar nəzərə
alınaraq və ən yeni texnologiyalar tətbiq edilməklə kompleks bərpası məqsədilə
Prezident İlham
Əliyevin müəyyənləşdirdiyi ümumi
kurs, imzaladığı fərmanlar və
sərəncamlar, verdiyi
tapşırıqlar əsas götürülərək nəqliyyat
və rabitə infrastrukturunun bərpası
məqsədilə əhəmiyyətli layihələr icra edilməkdədir.
Belə
ki, işğaldan azad edilmiş ərazilərin ölkə
iqtisadiyyatına qısa müddətdə reinteqrasiyası
baxımından ərazi daxilində, eləcə də ərazi
ilə digər regionlar arasında beynəlxalq standartlara cavab
verən nəqliyyat infrastrukturu qurmaqla kommunikasiyaların bərpası,
bu sahədə regional əməkdaşlığın
genişləndirilməsi və bölgənin tranzit
potensialının gücləndirilməsi olduqca vacibdir.
Bu məqsədlə
həmin ərazilərdə işğala qədər
mövcud olmuş avtomobil və dəmir yollarının, eləcə
də hava limanlarının bərpa edilməsi və tələbata
uyğun olaraq yenilərinin tikintisi üzrə hazırda icra
edilən prioritet layihələrlə bağlı aidiyyəti
qurumların nümayəndələri tərəfindən məlumatlar
verildi, layihələrin icrası zamanı qarşıya
çıxan məsələlərin həlli istiqamətində
müzakirələr aparıldı.
İclasda,
həmçinin qeyd olundu ki, işğaldan azad edilmiş ərazilərin
ölkənin vahid informasiya-kommunikasiya məkanına hərtərəfli
inteqrasiyası üçün magistral və lokal
telekommunikasiya şəbəkələrinin tikilməsi və
alternativlik təmin edilməklə respublikanın
ümumistifadəli telekommunikasiya şəbəkəsinə
qoşulması, müasir tələblərə uyğun mobil
və sabit telekommunikasiya şəbəkələrinin qurulması,
orada yaşayacaq və fəaliyyət göstərəcək
əhaliyə və dövlət qurumlarına yeni texnologiyalar
əsasında keyfiyyətli və fasiləsiz telefon, internet,
radio-televiziya yayımı, poçt-maliyyə və s. xidmətlərinin
təşkil edilməsi, efirə radionəzarətin və efir
məkanının təhlükəsizliyinin təmin
olunması ilə bağlı zəruri tədbirlər həyata
keçiriləcəkdir. Bu məqsədlə “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində
rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət
Proqramı” hazırlanmış, aidiyyəti İşçi
qruplarının, eləcə də qurumların rəyləri
nəzərə alınaraq İdarələrarası Mərkəzə
təqdim edilmiş və müvafiq qaydada icraya
götürülmüşdür.
İşğaldan
azad olunan ərazilərdə nəqliyyat və rabitə
infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən
görülən işlərin İşçi Qrupu vasitəsilə
İdarələrarası Mərkəzlə əlaqələndirilməklə
icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən
bu proseslərdə fəal və qarşılıqlı əməkdaşlıq
şəraitində iştirakın təmin olunmasının
vacibliyi vurğulanıb.
Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı
ilə yaradılmış Əlaqələndirmə Qərargahına
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik
edir.
Azərbaycan.- 2021.- 29 dekabr.- S.8.