Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq arzulayıram.

Siz Azərbaycanın müdrik liderisiniz və ölkənin iqtisadiyyatının inkişafı, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmisiniz.

Zati-alinizin göstərdiyi səylər “Masdar” şirkəti olaraq bizi çox ruhlandırır. Biz Azərbaycanda bərpa olunan və davamlı enerjinin strateji inkişafı ilə bağlı prioritetlərinizə uyğun olaraq məqsəd və planların uğurla həyata keçirilməsinə töhfə verməkdə maraqlı olduğumuzu bildirmək istərdik.

Həmçinin bu fürsətdən istifadə edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Zati-alinizi, ailənizi və qardaş Azərbaycan xalqını bir daha təbrik edirəm.

Hörmətlə,

 

Mohammed Jameel Al Ramahi

Birləşmiş Ərəb Əmirliklərinin

Masdar” şirkətinin icraçı direktoru

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.3.