Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident,

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Siz öz ölkənizin həqiqi lideri kimi həmvətənləriniz arasında haqlı olaraq hörmət və nüfuz qazanmısınız. Sizin təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına, dövlətin intellektual potensialının möhkəmlənməsinə və onun vətəndaşlarının rifahının yüksəlməsinə şərait yaradır.

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universiteti ilə Azərbaycan Respublikasını təhsil, elm, gənclərin akademik mübadiləsi sahəsində çoxillik əməkdaşlıq telləri bağlayır. Universitetdə Azərbaycandan olan onlarla gənc təhsil alır və onlar dünya bazarında öz ölkəsinin rəqabət qabiliyyətini artırmaqla onun modernləməsinə layiqli töhfə verə biləcəklər.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, Azərbaycan Respublikası naminə uzun illər boyu səmərəli fəaliyyət göstərməyi arzulayıram.

Hörmətlə,

 

Alevtina Çernikova

Moskva Polad və Xəlitələr İnstitutu

Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.3.