Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

Altmış illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Rusiya ilə Azərbaycan arasında xalqlarımızın qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın möhkəmlənməsinə Sizin töhfənizi layiqincə qiymətləndirmək çətindir.

Siz, heç şübhəsiz, müasir dövrün ən parlaqnüfuzlu siyasətçilərindən birisiniz. Əminəm ki, Siz hələ uzun illər boyu doğma ölkənizin - Azərbaycan Respublikasının və orada məskunlaşan bütün xalqların rifahı naminə səmərəli işinizi davam etdirəcəksiniz. Qoy bu məsul vəzifədə işiniz Sizə yalnız sevinc və məmnunluq gətirsin!

2021-ci ilin sona çatdığı bu günlərdə, icazə verin, Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edim. Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və nəzərdə tutduğunuz bütün planlarınızın həyata keçməsini arzu edirəm.

Hörmətlə,

 

Arif Kərimov

Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin prezidenti,

Rusiya Federasiyası Prezidenti yanında

Millətlərarası Münasibətlər Şurasının üzvü

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.3.