Prezidentdən
hərbçilərə Yeni il hədiyyəsi
Dekabrın
29-da Azərbaycan Respublikasının Mənzil
İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və
Yasamal Yaşayış komplekslərində inşa edilmiş
binalarda hərbçilər üçün nəzərdə
tutulmuş mənzillər istifadəyə verilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev hər iki yaşayış kompleksindəki
mənzillərlə tanış olub.
Başa
çatmaqda olan
2021-ci ilin son iş günlərindəyik. Amma
bu o demək deyil ki, dövlət
tədbirlərinin keçirilməsində
hər hansı ixtisar var. Onu da nəzərə almaq lazımdır ki, təkcə dekabr ayında Prezidentin gündəlik fəaliyyət xronikasında
12 rəsmi qəbul, Quba, Hadrut və
Şuşa olmaqla 2
region səfəri, Belçika
və Rusiyaya xarici səfərlər daxildir. Hava və avtomobil
yolları ilə qət edilən ümumi məsafə isə 15 min kilometrdən artıqdır.
Qeyd edək ki, Prezident
İlham Əliyevin fəaliyyətində diqqəti
çəkən amillərdən
biri gərgin iş qrafikinə rəğmən, görülən
işlərlə yerindəcə
tanış olmaqdır. Bu amil
xüsusilə sosial layihələrdə özünü
daha qabarıq büruzə verir.
Prezident
İlham Əliyevin “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
hərbi qulluqçularının
sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri
barədə” 2011-ci il tarixli Fərmanına əsasən,
20 il və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular dövlət
vəsaiti hesabına mənzillə təmin olunurlar. İndiyədək 2208 hərbçi bu təşəbbüsdən
faydalanıb.
Yeni
2022-ci ili daha 130 hərbçi ailəsi öz mənzilində qarşılayacaq.
Onlardan
48-i Mənzil İnşaatı
Dövlət Agentliyinin
Hövsan Yaşayış
Kompleksində mənzillə
təmin edilib.
Dövlətimizin başçısı Hövsan Yaşayış
Kompleksindəki mənzillərdə
yaradılan şəraitlə
tanış oldu.
Sonra Prezident
İlham Əliyev
MİDA-nın Yasamal Yaşayış Kompleksinə
gəldi. Bu kompleksdə
isə 82 hərbçi
ailəsinə mənzil
verilib. Dövlətimizin başçısı mənzillərə baxdı.
Mənzillər tam təmirlidir, mətbəx
mebeli ilə təchiz olunub. Azərbaycan belə
dövlət proqramının
icra edildiyi nadir ölkələrdəndir.
Ümumiyyətlə, ölkəmizdə ordu quruculuğu prosesində hərbçilərin sosial
müdafiəsi, onların
mənzil-məişət problemlərinin
həlli, xidmət şəraitinin yaxşılaşdırılması
xüsusi yer tutur. Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
və Yeni il bayramı
ərəfəsində təqdim
olunan növbəti mənzillər bunun əyani təsdiqidir.
Azərbaycan.-2021.- 30 dekabr.- S.1-2.