Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu,

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiyalı Həmvətənlərin Beynəlxalq Şurası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, "Moskva Hüquq Mərkəzi" Vəkillər Kollegiyası adından və şəxsən öz adımdan Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Sizin bir vətəndaş və vətənpərvər kimi fəal həyat mövqeyiniz, dövlət əhəmiyyətli məsələləri qüsursuz icra etməyiniz Vətənə ləyaqətlə xidmət nümunəsidir.

Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolunda inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir. Siz Heydər Əlirza oğlu Əliyevin islahatçılıq yolunun Azərbaycan Respublikasında layiqli davamçısısınız.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni və siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir. Mən bir azərbaycanlı kimi öz tarixi Vətənimlə fəxr edironu əziz tuturam. Bakıda çoxsaylı beynəlxalq tədbirlər keçirilməsi faktları da Azərbaycan Respublikasının nailiyyətlərinin beynəlxalq aləmdə tanınmasına sübutdur.

Bu gün Siz həyatınızın mühüm mərhələsindəsiniz – bu mərhələdə zəngin təcrübə müdrik və həyati biliklərlə harmonik şəkildə uzlaşır, çox işlər görülüb, gələcək üçün çoxlu yeni planlar var.

Qoy tükənməz enerji, gümrahlıq və ruh yüksəkliyi Sizin etibarlı tərəfdaşlarınız olsun. Sizə cansağlığı, uzun ömür, dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqı naminə yeni zəfərlər arzu edirəm.

Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

Həsən Mirzəyev

Rusiyalı Həmvətənlərin Beynəlxalq Şurasının sədri,

Rusiya Vəkillər Gildiyasının prezidenti,

Rusiya Federasiyasının Əməkdar hüquqşünası,

Rusiyanın Fəxri ədliyyə işçisi,

hüquq elmləri doktoru

 

Azərbaycan.- 2021.- 28 dekabr.- S.4.