Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, cənab Prezident.
Moldova Azərbaycanlıları Konqresinin Şurası bu ölkədəki bütün Azərbaycan icması adından Sizi 60 illik yubileyiniz münasibətilə dərin ehtiramla təbrik edir.
Siz Azərbaycana rəhbərlik etdiyiniz müddətdə ölkədən kənarda yaşayan milyonlarla soydaşımızın səmimi hörmətini, böyük nüfuzunu qazanmısınız və haqlı olaraq Siz güclü lider, müdrik siyasətçi və istedadlı dövlət xadimi nümunəsi sayılırsınız.
Sizin adınız Azərbaycanın müasir tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Qarabağ müharibəsində xalqın birliyinə, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə güc verən parlaq Qələbə Sizin adınızla bağlıdır. Azərbaycan xalqı öz övladlarının işıqlı gələcəyini də Sizin adınızla bağlayır.
Qoy, Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan bundan sonra da inkişaf, tərəqqi və əmin-amanlıq yolu ilə getməkdə davam etsin! Biz - Azərbaycan diasporunun nümayəndələri öz növbəmizdə Sizi əmin edirik ki, Moldovada Vətənimizin maraqlarını qoruyacaq və özünəməxsus mədəniyyətimizin təbliğini davam etdirəcəyik.
Cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bütün planlarınızı həyata keçirmək üçün tükənməz enerji arzulayıram.
Qoy, Sizin quruculuq fəaliyyətiniz və Vətənə fədakar xidmətiniz sayəsində Azərbaycanın əldə etdiyi qələbələrin sayı daha çox olsun, ölkənin mənafeyi naminə əldə olunan bütün nailiyyətlər isə Azərbaycan xalqının xoşbəxt gələcəyə inamını daha da gücləndirsin!
Hörmətlə,
Elçin Bayramov
Moldova Azərbaycanlıları Konqresinin
sədri
Azərbaycan.- 2021.- 28 dekabr.- S.4.