Yunanıstan Respublikasının
Prezidenti zati-aliləri
xanım Katerina Sakellaropuluya
Hörmətli xanım
Prezident!
Yunanıstan Respublikasının keçmiş
Prezidenti, görkəmli
dövlət xadimi və ictimai-siyasi xadim Karolos Papulyasın
vəfatı xəbəri
məni olduqca kədərləndirdi.
Karolos Papulyasın Azərbaycan-Yunanıstan
əlaqələrinin inkişafına
verdiyi töhfəni yüksək qiymətləndirir,
onunla görüşlərimi
həmişə ən
xoş təəssüratlarla
xatırlayıram.
Bu ağır
itki ilə əlaqədar dərdinizi
bölüşür, Sizə,
mərhumun ailəsinə
və bütün Yunanıstan xalqına dərin hüznlə başsağlığı verirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 dekabr 2021-ci il
Azərbaycan.- 2021.- 28 dekabr.-
S.2.