Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) adından səmimi-qəlbdən təbrik edirik.

Sizin ölkəmizə rəhbərlik etdiyiniz müddətdə ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanın qızıl hərflərlə ən yeni şanlı tarixi yazıldı. Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu sevincli günləri bizə bəxş etdiyinizə görə Sizə bir daha sonsuz təşəkkürümüzü bildiririk. Sizin şücaətləriniz tarixə qızıl hərflərlə həkk olunacaq, əsrlər keçsə də Azərbaycan xalqı Sizi minnətdarlıqla xatırlayacaq. Hər bir azərbaycanlı Sizin rəhbərliyiniz altında olan ölkədə yaşadığı üçün daim dərin fəxarət hissləri keçirəcək.

Sizin rəhbərliyinizlə Azərbaycanda iqtisadiyyatın və sosial sahənin modernləşdirilməsi yolu ilə sürətli inkişaf siyasətini dəstəkləyir, Sizə bu yolda Uca Allahdan daha çox güc və səbir verməsini arzulayırıq.

Respublikanın hərtərəfli inkişafı istiqamətində uğurlu fəaliyyətiniz, ordu quruculuğunun yüksək səviyyədə təşkili, təhsilə, idmana və digər önəmli sahələrə qayğınız, xalqın rifah səviyyəsinin yüksəldilməsinə verdiyiniz töhfələr danılmazdır.

Siz Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq xarakteri kəsb edən ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi töhfə verirsiniz. Azərbaycan Türkiyə İş Adamları Birliyi olaraq bu siyasəti daim dəstəkləyəcəyimizə Sizi əmin edirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək, təşkilatımızın fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik.

Ölkəyə və bəşəriyyətə xidmət amalı ilə qədəm qoyduğunuz yeni yaşınızı bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

 

Dərin hörmətlə,

Cemal Yanğın

Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri

Azərbaycan.-2021.- 30 dekabr.- S.3.