Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr
tarixli Qanunu ilə təsdiq edilmişdir
“Müdafiə sənayesi sahəsində
əməkdaşlığa görə” Azərbaycan Respublikasının
medalı haqqında ƏSASNAMƏ
Maddə 1. Təltif
edilən şəxslər
“Müdafiə sənayesi sahəsində
əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı
ilə müdafiə sənayesi sahəsində
səmərəli əməkdaşlığa,
mühüm layihələrin
hazırlanmasında və
həyata keçirilməsində
fəal iştiraka, habelə xüsusi xidmətlərə görə
Azərbaycan Respublikasının
və xarici ölkələrin dövlət
və digər qurumlarının, beynəlxalq
təşkilatların nümayəndələri
təltif edilirlər.
Maddə 2. Təltif
edən orqan
“Müdafiə sənayesi
sahəsində əməkdaşlığa
görə” Azərbaycan
Respublikasının medalı
ilə bu Əsasnamənin 1-ci maddəsində
göstərilən şəxslər
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən təltif
edilirlər.
Maddə 3.
Taxılma qaydası
“Müdafiə sənayesi sahəsində əməkdaşlığa
görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə,
Azərbaycan Respublikasının digər orden
və medalları olduqda, onlardan
sonra taxılır.
Azərbaycan.- 2021.- 28 dekabr.- S.6.