“Müdafiə sənayesi sahəsində
əməkdaşlığa görə” Azərbaycan
Respublikasının medalının və “Azərbaycan
Respublikası Müdafiə Sənayesi Nazirliyinin
15 illiyi (2005–2020)” Azərbaycan
Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2021-ci il
14 dekabr tarixli 429-VIQD
nömrəli Qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Müdafiə
sənayesi sahəsində
əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının
və “Azərbaycan Respublikası Müdafiə
Sənayesi Nazirliyinin
15 illiyi (2005–2020)” Azərbaycan
Respublikasının yubiley
medalının təsis
edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden
və medallarının
təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2021-ci il
14 dekabr tarixli 429-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 429-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.3. həmin Qanunla təsdiq edilmiş “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur.
2. “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 429-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 28 dekabr.- S. 6.