Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir
“Gömrük
orqanları ilə səmərəli əməkdaşlığa
görə”Azərbaycan Respublikasının
medalı haqqında ƏSASNAMƏ
Maddə 1. Təltif
edilən şəxslər
1.1. “Gömrük
orqanları ilə səmərəli əməkdaşlığa
görə” Azərbaycan
Respublikasının medalı
ilə aşağıdakı
şəxslər təltif
olunurlar:
1.1.1.Azərbaycan Respublikasının gömrük
orqanları ilə səmərəli əməkdaşlığa
görə Azərbaycan
Respublikasının və
xarici ölkələrin
dövlət və digər qurumlarının,
habelə beynəlxalq
təşkilatların nümayəndələri;
1.1.2. Azərbaycan Respublikasının gömrük orqanları qarşısında duran vəzifələrin yerinə yetirilməsi işində kömək göstərdiklərinə görə Azərbaycan Respublikasının vətəndaşları;
1.1.3.Azərbaycan
Respublikası ilə gömrük işi sahəsində əməkdaşlığın
möhkəmləndirilməsində xidmətlərinə
görə xarici ölkələrin vətəndaşları.
Maddə 2. Təltif edən orqan
“Gömrük orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Gömrük
orqanları ilə səmərəli əməkdaşlığa
görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə,
Azərbaycan Respublikasının digər orden
və medalları olduqda, onlardan
sonra taxılır.
Azərbaycan.-
2021.- 28 dekabr.- S.7.