“Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci və 10-cu bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1.“Lisenziyalar və icazələr haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 4, maddə
632, ¹ 12, maddələr 2017, 2036; 2017, ¹ 4, maddə 520, ¹ 5, maddə
743; 2018, ¹ 6, maddə 1187; 2019, ¹ 1, maddə 28, ¹ 5, maddə
797, ¹ 6, maddə 986, ¹ 8, maddə
1360, ¹ 11, maddə 1692, ¹ 12, maddə 1903; 2020, ¹ 6, maddə
662; 2021, ¹ 6 (I kitab), maddə
551, ¹ 7, maddə 701) 3.4-cü maddəsindən “Lotereyalar
haqqında”,” sözləri
çıxarılsın və
həmin maddədə
“və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları
ilə” sözləri
“, “Qiymətli kağızlar
bazarı haqqında” Azərbaycan Respublikasının
qanunları və maliyyə bazarları sahəsində qəbul edilən digər qanunlarla” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 28 dekabr.- S.7.