“Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan
Respublikasının yubiley medalının
təsis edilməsi ilə əlaqədar “Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli
Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 -2021)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 3.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.3. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzərdə tutulur;
1.4. həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin 3.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzərdə tutulur.
2. “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının təhsil nazirinə verilsin.
3.Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 14 dekabr tarixli 428-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 28 dekabr.- S.7.