Bakı Zooparkında şir
balası dünyaya gəlib
Leyla Əliyeva
Bakı Zooparkını
ziyarət edərək
şir balasının
vəziyyəti və
saxlandığı şəraiti
ilə tanış
olub
Bu yaxınlarda
Bakı Zooloji Parkında yaşayan şirlərin birinin balası dünyaya gəlib.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, İctimai Birliyin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkını ziyarət edərək şir balasına baş çəkib, onun vəziyyəti və saxlandığı şərait ilə tanış olub.
Şirin anası təcrübəsiz olduğu və balasına baxa bilmədiyinə görə yeni doğulan şir balası ayrı yerdə saxlanılır. Hazırda bala xüsusi təchiz edilmiş isti otağa yerləşdirilib, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır. Təxminən 3 kiloqram çəkisi olan dişi cinsli şir balasının doğulması ilə zooparkda yerləşən şirlərin sayı 5-ə çatıb.
Məlum olduğu kimi, Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulmuş Bakı Zooloji Parkı cari ilin oktyabr ayında qapılarını yenidən ziyarətçilərə açıb. Zooparkda saxlanılan heyvanlar üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, süni göl, hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.
Bakı Zooparkının
yalnız görünüşü deyil, həm də məram və
yanaşmasının yeni olduğu
xüsusi ilə qeyd
edilməlidir. Belə ki, zooparkın əsas
məqsədi insanlar üçün
canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə
edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən
ibarətdir. Bu xüsusda,
Azərbaycanın Qırmızı Kitabına daxil
olan növlərin təbii
populyasiyaların artırılması və reintroduksiyası
baxımından, burada heyvanların
artırılması üçün əlverişli
şərait yaradılıb
Azərbaycan.- 2021.-28 dekabr.- S.9.