Baş nazir Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail
Mişustin arasında telefon
danışığı olub
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin arasında dekabrın 29-da telefon danışığı olub.
Danışıq zamanı Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafının aktual məsələlərini, o cümlədən müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini, həmçinin Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı inteqrasiya fəaliyyətini müzakirə ediblər. Koronavirus infeksiyasına qarşı mübarizə, əhalinin kütləvi immunizasiyası məsələlərinə xüsusi diqqət yetirilib.
Əli
Əsədov və Mixail Mişustin
Cənubi Qafqazda iqtisadi
əlaqələrin bərpası, nəqliyyat
blokadasının açılması istiqamətində Azərbaycan,
Ermənistan, Rusiya baş
nazir müavinləri səviyyəsində
üçtərəfli İşçi
qrupunun fəaliyyətinin mühüm
əhəmiyyət daşıdığını
vurğulayıblar.
Azərbaycan.- 2021.- 31 dekabr.- S.2.