YAP Sədrinin müavini Tahir Budaqov Kubanın
ölkəmizdəki səfiri
ilə görüşüb
Dekabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin
müavini – Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov Kuba Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və
səlahiyyətli səfiri
Alfredo Nieves Portuondo ilə
görüşüb.
YAP-ın mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Azərbaycan–Kuba
münasibətləri, eləcə
də hər iki ölkənin hakim partiyaları arasındakı
əlaqələrin inkişaf
perspektivləri müzakirə
olunub.
YAP Sədrinin müavini Tahir Budaqov növbəti ildə Azərbaycan ilə Kuba arasında
diplomatik münasibətlərin
qurulmasının 30 ilinin
tamam olacağını
xatırladıb, son dövrdə
iki ölkənin, xüsusən də Qoşulmama Hərəkatı
çərçivəsində əlaqələrin müsbət
dinamikasının olduğunu
qeyd edib.
O da vurğulanıb ki, Kuba COVID-19 pandemiyası ilə mübarizə və vaksinlərin dünya üzrə qeyri-bərabər bölünməsi
problemi də daxil olmaqla Azərbaycanın
Qoşulmama Hərəkatının
sədri kimi BMT müstəvisində irəli
sürdüyü bütün
təşəbbüsləri dəstəkləyib. Həmçinin
ötən il
pandemiyanın ən kəskin dövründə
Kubadan ümumilikdə
230 nəfər tibb mütəxəssisinin Azərbaycana
gələrək öz
təcrübələrini yerli
həkimlərlə bölüşməsi,
COVID-19 xəstələrinin müalicəsində iştirak
etməsi yüksək
qiymətləndirilib.
Öz növbəsində
səfir Alfredo Nieves Portuondo
Azərbaycanda gedən
inkişaf proseslərini
çox yaxından izlədiklərini bildirərək,
ölkəmizin Kubaya qarşı iqtisadi, ticarət və maliyyə blokadasının
aradan qaldırılması
ilə bağlı
BMT qətnamələrinin lehinə
səs verdiyini məmnunluqla vurğulayıb.
Səfir,
həmçinin Kubanın
Azərbaycanın işğaldan
azad olunan ərazilərində bərpa-quruculuq
prosesində əməkdaşlığa
hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyası arasında əlaqələrin yaradılmasının
hər iki ölkənin və xalqının mənafelərinə
xidmət edəcəyi
qeyd olunub. Bu məqsədlə növbəti
ildə iki partiya arasında onlayn görüşlərin
keçirilməsi, eləcə
də qarşılıqlı
səfərlərin təşkili
barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2021.- 31 dekabr.- S.2.