Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi
60 illik yubileyiniz münasibətilə “Vətənsevər” Azərbaycan-
Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin
üzvləri adından ürəkdən təbrik edir və
Sizə uzun ömür, cansağlığı
arzulayırıq.
Bu gün biz Küveytdə yaşayan azərbaycanlılar olaraq Sizin uzaqgörən siyasətinizi dəstəkləyir və bizim Prezidentimiz olmağımızdan qürur hissi duyuruq. Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi bir çağırışınızla bütün Azərbaycan xalqını torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmaq üçün tək bayraq altında birləşdirən və dəmir yumruğa çevirən, tarix yazan qüdrətli sərkərdəmizsiniz.
Cənab Prezident, bu gün Siz dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilmisiniz. Fürsətdən istifadə edərək Sizi və ailə üzvlərinizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik edir, əzmkar fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Allah sizi və ailənizi qorusun.
Hörmətlə,
Könül Hacızadə
“Vətənsevər”
Azərbaycan-Küveyt Mədəniyyət
və Dostluq
Cəmiyyətinin sədri
Azərbaycan.-2021.-
30 dekabr.- S.3.