Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu,
İcazə verin, Ukraynanın “Müxalifət platforması – Həyat uğrunda” partiyasının rəhbərliyi adından və şəxsən öz adımdan Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 60 illiyi münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım.
Bizim partiyamız Azərbaycanın ən iri və əsas siyasi partiyasının – Sizin rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının müdrik və uzaqgörən rəhbərliyi ilə ölkənizin sosial-iqtisadi, hərbi-texniki və digər sahələrdə, həmçinin beynəlxalq miqyasda qazandığı uğurları dərin maraqla izləyir. Biz Azərbaycan hökumətinin regional və beynəlxalq gündəlikdə ən aktual məsələlərə ölçülüb-biçilmiş və konstruktiv yanaşmasını da yüksək qiymətləndiririk. Əminik ki, belə yanaşma həqiqətən müstəqil, uğurlu dövlətin firavanlaşmasına kömək edir.
Möhtərəm İlham Heydər oğlu, səmimi-qəlbdən ümid edirik ki, partiyamızın Azərbaycanın aparıcı siyasi qüvvəsi ilə əməkdaşlığı səmərəli və uzunmüddətli olacaq. Həm ikitərəfli formatda, həm də çoxtərəfli beynəlxalq strukturlar, o cümlədən Sizin haqlı olaraq fəxri üzvü olduğunuz Avropa Şurası Parlament Assambleyası çərçivəsində əməkdaşlığın inkişafının çox böyük perspektivləri olduğunu görürük. Bununla əlaqədar bizim partiyanın nümayəndələri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə təşkilatda müzakirə edilən əsas məsələlərə dair səmərəli dialoqa ümid bəsləyirlər.
Fürsətdən istifadə edərək, Sizin ulu öndər Heydər Əliyevin siyasətinin davamçısı kimi müstəqil Azərbaycan Respublikasında aparılan quruculuq işlərində, xüsusən xalqın rifahının yüksəldilməsində və ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsində müstəsna rolunuzu bir daha qeyd etmək istəyirəm.
Doğum gününüz münasibətilə bir daha Sizə ən xoş arzularımı və dərin ehtiramımı qəbul edin.
Hörmətlə,
Viktor Medvedçuk
Ukraynanın Xalq deputatı,
“Müxalifət platforması – Həyat uğrunda”
partiyasının sədri
Azərbaycan.- 2021.- 31 dekabr.-
S.3.