Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident,
cənab Ali Baş Komandan.
Qafqaz Müsəlmanları İdarəsinin
Türkiyə nümayəndəliyi
olaraq Sizi 60 illik yubileyiniz münasibətilə təbrik
etməkdən sevinc və qürur duyuruq.
Siz təkcə Azərbaycanın
deyil, türk və İslam dünyasının iftixar
mənbəyisiniz. Çünki Siz illərlə qələbə xəbəri
gözləyən türk
və İslam dünyasına Zəfər
qürurunu yaşatdınız.
Sağ olun, var olun!
Hörmətli Ali Baş
Komandan, Siz qədirbilən Azərbaycan
xalqının Zati-alinizə
olan inamı, sevgisi, dəstəyi ilə dövlət-xalq birliyini təmin etdiniz, möhkəmləndirdiniz,
ordunu müasirləşdirdiniz.
Bunun sayəsində tarixə qızıl hərflərlə
yazılan böyük
uğur, parlaq Zəfər qazandınız.
Siz Azərbaycanı beynəlxalq
aləmdə layiq olduğu səviyyəyə
çatdırdınız. Artıq Azərbaycan daha qüdrətli, daha çox söz sahibi olan dövlətdir.
Cənab Prezident,
Sizin rəhbərlik etdiyiniz qalib ölkənin qardaş Türkiyədə təmsilçisi
olmağımın qürurunu
xüsusilə yaşayıram.
Allah Sizi qorusun! Möhtəşəm zəfərləriniz
davamlı olsun!
Sizi bir daha ürəkdən
təbrik edir, cansağlığı arzulayır,
ən yüksək ehtiramımı çatdırıram.
Hörmətlə,
Bünyamin Çil
Qafqaz Müsəlmanları
İdarəsinin Türkiyə
üzrə
səlahiyyətli nümayəndəsi
Azərbaycan.- 2021.- 31 dekabr.- S.3.