“Atçılıq haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikasının
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
11-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1.“Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 5, maddə 399; 2008, ¹ 6, maddə 462; 2009, ¹ 12, maddə 954; 2017, ¹ 1, maddə 13, ¹ 7, maddə 1274; 2020, ¹ 7, maddə 830) 31-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“Maddə 31. Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi
Cıdır-şans (totalizator) oyunları idman mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil olunur və keçirilir.”.
Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.6.