“Reklam haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
12-ci və 26-cı bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1.“Reklam haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 7, maddə
812; 2016, ¹ 11, maddə 1755, ¹ 12, maddə 1996; 2017, ¹ 3, maddə
334, ¹ 5, maddələr 675, 748, ¹ 6, maddə 1029, ¹ 7, maddə
1307, ¹ 12 (I kitab), maddə
2230; 2019, ¹ 1, maddə 29, ¹ 3, maddə 390, ¹ 4, maddə
578, ¹ 8, maddə 1384, ¹ 12, maddə
1881; 2020, ¹ 6, maddə 670, ¹ 7, maddə 843) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 32.1-ci maddənin
birinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
“Lotereyaların (stimullaşdırıcı lotereya
istisna edilməklə)
və idman mərc oyunlarının reklamının sifarişçisi
qismində “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereya təşkilatçısı (stimullaşdırıcı lotereyanın
təşkilatçısı istisna olmaqla) və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
idman mərc oyunlarının operatoru çıxış edir.”;
1.2. 32.7-ci maddə
aşağıdakı redaksiyada
verilsin:
“32.7. Qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.”.
Maddə 2. Bu Qanun 2022-ci yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.-
S.6.