“Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında”,
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə”, “Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
və “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli
782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi
haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə”, “Azərbaycan Respublikasının Ailə
Məcəlləsində dəyişiklik edilməsi
haqqında”, “15 yaşı tamam
olmamış Azərbaycan Respublikası vətəndaşının
fərdi identifikasiya kartının tətbiqi
müddətləri ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası
qanunlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 142; 2002, ¹ 6, maddə 328; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 12, maddə 1033; 2007, ¹ 1, maddə 4; 2010, ¹ 5, maddə 386; 2011, ¹ 2, maddə 71, ¹ 12, maddə 1086; 2012, ¹ 2, maddə 62; 2013, ¹ 5, maddə 466, ¹ 7, maddə 796; 2016, ¹ 2 (I kitab), maddə 198; 2017, ¹ 12 (I kitab), maddə 2264; 2018, ¹ 10, maddə 1981, ¹ 11, maddə 2215; 2019, ¹ 8, maddə 1385) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddə üzrə:
1.1.1. üçüncü hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir.”;
1.1.2. dördüncü hissəyə “vətəndaş” sözündən sonra “və ya vəsiqə sahibinin qanuni nümayəndəsi” sözləri əlavə edilsin;
1.1.3. beşinci hissənin ikinci cümləsinə “onun sahibi” sözlərindən sonra “və ya vəsiqə sahibinin qanuni nümayəndəsi” sözləri əlavə edilsin;
1.2. 3-cü maddənin ikinci hissəsinin beşinci abzasında “soyadı və adı” sözləri “soyadı, adı, atasının adı, vətəndaşın qanuni nümayəndəsinin soyadı, adı, atasının adı və əlaqə məlumatları (poçt ünvanı, telefon nömrələri)” sözləri ilə əvəz edilsin;
1.3. 4-cü maddə üzrə:
1.3.1. birinci hissənin birinci cümləsinə “hər bir vətəndaşının” və “tərəfindən vətəndaşın” sözlərindən sonra “və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin” sözləri və həmin hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.”;
1.3.2. üçüncü hissəyə “vətəndaş” sözündən sonra “və ya onun qanuni nümayəndəsi” sözləri, “vəsiqəni verən orqana” sözlərindən sonra isə “özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə” sözləri əlavə edilsin;
1.3.3. dördüncü hissə yeddinci hissə hesab edilsin və aşağıdakı məzmunda dördüncü-altıncı hissələr əlavə edilsin:
“15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir.
15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.
15 yaşı tamam olmamış vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin ikinci hissəsinin altıncı-səkkizinci abzaslarında göstərilən məlumatlar daxil edilmir.”;
1.4. 6-cı maddənin ikinci hissəsinin birinci cümləsinə “cəzaya məhkum olunmuş” sözlərindən sonra “, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş” sözləri və “cəzanı icra edən orqanlar” sözlərindən sonra “və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi” sözləri, ikinci cümləsinə isə “dərhal sahibinə” sözlərindən sonra “və ya onun qanuni nümayəndəsinə, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsə” sözləri əlavə edilsin;
1.5. 8-ci maddəyə “vətəndaşdan” sözündən sonra “, qanuni nümayəndəsindən, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsdən” sözləri əlavə edilsin;
1.6. 9-cu maddə ləğv edilsin.
Maddə 2. “Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2013-cü il 19 aprel tarixli
621-IVQD nömrəli Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 5, maddə 470, ¹ 12, maddə
1501; 2015, ¹ 6, maddə 682; 2016, ¹ 2 (I kitab), maddə 199, ¹ 12, maddə 2026; 2017, ¹ 12 (I kitab),
maddə 2241; 2018, ¹ 7 (I kitab),
maddə 1433; 2019, ¹ 8, maddə
1385) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci maddə
ləğv edilsin;
2.2. 2-ci maddədən
“1.1.1-ci maddəsi 2022-ci il yanvarın 1-dən,”
sözləri çıxarılsın.
Maddə 3. “Azərbaycan
Respublikası Əhalisinin
Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2013-cü il 19 aprel tarixli
626-IVQD nömrəli Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 5, maddə 475, ¹ 12, maddə
1505; 2015, ¹ 6, maddə 682; 2016, ¹ 11, maddə 1757; 2017, ¹ 1, maddə
28, ¹ 12 (I kitab), maddə
2241; 2018, ¹ 7 (I kitab), maddə
1433; 2019, ¹ 8, maddə 1385) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 1.1-ci maddə
ləğv edilsin;
3.2. 2-ci maddədə
“1.1-ci maddəsi 2022-ci il yanvarın 1-dən,
1.2-ci maddəsi isə”
sözləri “1.2-ci maddəsi”
sözləri ilə əvəz edilsin.
Maddə 4. “Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral
tarixli 782 nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Konsul Nizamnaməsi”ndə
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2015-ci il
30 sentyabr tarixli
1317-IVQD nömrəli Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 10, maddə 1083; 2019, ¹ 8, maddə 1385) ləğv edilsin.
Maddə 5. “Azərbaycan
Respublikasının vətəndaşlığı
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2019-cu il 1 fevral tarixli 1468-VQD nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 3, maddə
371, ¹ 8, maddə 1385) ləğv
edilsin.
Maddə 6. “Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 1 fevral tarixli 1469-VQD nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 3, maddə 372, ¹ 8, maddə
1385) ləğv edilsin.
Maddə 7. “15 yaşı
tamam olmamış Azərbaycan Respublikası
vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə
əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunlarında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2019-cu il 12 iyul tarixli 1666-VQD nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 8, maddə 1385) ləğv
edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 dekabr 2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.8.