Azərbaycan Respublikasını təmsil
edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz
üçün Ekoregional
Təbiəti Mühafizə Proqramı çərçivəsində
“Samur-Yalama Milli
Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə
Müqaviləsinə düzəlişin təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasını
təmsil edən Maliyyə Nazirliyi və KfW arasında
Cənubi Qafqaz üçün Ekoregional
Təbiəti Mühafizə
Proqramı çərçivəsində
“Samur-Yalama Milli Parkının yaradılması”
layihəsi üzrə
Maliyyələşdirmə Müqaviləsinə 2021-ci il
martın 22-də və
iyulun 7-də məktublar
mübadiləsi formasında
imzalanmış düzəliş
təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.9.