“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 19; 2001, ¹ 12, maddə 736; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 8, maddə 599, ¹ 10, maddə 787; 2005, ¹ 8, maddə 686; 2006, ¹ 12, maddə 1005; 2007, ¹ 4, maddə 322; 2009, ¹ 7, maddə 517, ¹ 11, maddə 878; 2010, ¹ 5, maddə 375; 2011, ¹ 2, maddə 71, ¹ 6, maddə 478; 2013, ¹ 11, maddə 1272; 2017, ¹ 11, maddə 1977; 2018, ¹ 2, maddə 148, ¹ 11, maddə 2194, ¹ 12 (I kitab), maddə 2487; 2019, ¹ 4, maddə 580, ¹ 12, maddə 1884; 2020, ¹ 7, maddə 856) 5-ci maddəsinin 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci cümlədən “vəkil (vəkillər) tərəfindən” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda 2-ci abzas əlavə edilsin:

“Vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxsdir.”.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 31 dekabr.- S.15.