“Sığorta fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
27-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 144, ¹ 7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə 11; 2013, ¹ 12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779; 2015, ¹ 11, maddə 1263; 2016, ¹ 3, maddə 410, ¹ 6, maddə 976; 2017, ¹ 7, maddələr 1286, 1294, ¹ 12 (I kitab), maddə 2221; 2018, ¹ 7 (I kitab), maddə 1392; 2019, ¹ 1, maddələr 19, 33, 50, ¹ 5, maddələr 793, 815, ¹ 6, maddə 999, ¹ 8, maddə 1362; 2020, ¹ 7, maddələr 822, 830; 2021, ¹ 6 (I kitab), maddə 558) aşağıdakı dəyişikliklər edilsin:
1.1. preambulanın
ikinci hissəsi ləğv edilsin;
1.2. 2.3-cü maddəyə
“nəzərdə tutulduğu
hallar” sözlərindən
sonra “və bu Qanunun 2.6-cı maddəsi” sözləri əlavə edilsin;
1.3. aşağıdakı
məzmunda 2.6-cı maddə
əlavə edilsin:
“2.6. Bu Qanun sosial sığorta və dövlət icbari şəxsi sığorta münasibətlərinə
şamil edilmir.”.
Maddə 2. Bu Qanun
2022-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 dekabr 2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.15.