“Yerli (bələdiyyə) vergilər
və ödənişlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 4 (I kitab), maddə 155; 2008, ¹ 6, maddə 462; 2014, ¹ 8, maddə 955; 2016, ¹ 11, maddə 1778; 2017, ¹ 7, maddə 1265; 2018, ¹ 11, maddələr 2197, 2224; 2020, ¹ 11, maddə 1333) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.1-ci maddədən “yerli əhəmiyyətli tikinti materialları,” sözləri çıxarılsın;
1.2. 8-ci maddə üzrə:
1.2.1. 8.0.2-ci maddədə “fiziki şəxslərdən” sözləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin” sözləri ilə əvəz edilsin;
1.2.2. 8.0.3-cü maddə
ləğv edilsin.
Maddə 2. Bu Qanun
2022-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 dekabr 2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.15.