“İcra haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 114; 2003, ¹ 6, maddə 277; 2004, ¹ 8, maddə 598, ¹ 11, maddə 901, ¹ 12, maddə 973; 2007, ¹ 1, maddə 3, ¹ 6, maddə 562, ¹ 11, maddə 1053; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə 952; 2010, ¹ 2, maddə 75, ¹ 7, maddə 591; 2011, ¹ 6, maddə 482, ¹ 7, maddə 618; 2012, ¹ 11, maddə 1052; 2013, ¹ 6, maddə 613, ¹ 7, maddə 787, ¹ 12, maddə 1494; 2015, ¹ 12, maddə 1434; 2016, ¹ 12, maddə 2050; 2017, ¹ 2, maddə 156, ¹ 6, maddə 1056, ¹ 8, maddə 1511; 2018, ¹ 2, maddə 151, ¹ 5, maddələr 853, 867, ¹ 7 (I kitab), maddə 1424, ¹ 8, maddə 1674, ¹ 12 (I kitab), maddə 2528; 2019, ¹ 1, maddə 21, ¹ 2, maddə 203, ¹ 6, maddə 999; 2020, ¹ 7, maddələr 828, 856; 2021, ¹ 4, maddə 312, ¹ 8, maddə 898) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 53.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakının hərrac yolu ilə satılması vergi orqanının sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə həyata keçirilir.
Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin (vergi borcuna görə siyahıya alınmış daşınar əmlaka münasibətdə vergi orqanının) müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”;
1.2. 61-ci maddə üzrə:
1.2.1. 61.1-ci maddədə “Borclunun” sözü “Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun” sözləri ilə əvəz edilsin;
1.2.2. 61.6-cı maddə
ləğv edilsin.
Maddə 2. Bu Qanun
2022-ci il yanvarın 1-dən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 dekabr 2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.15.