“Büdcə sistemi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 10, maddə
584; 2003, ¹ 6, maddə 267; 2004, ¹ 12, maddə 979; 2005, ¹ 5, maddə
393, ¹ 12, maddə 1083; 2006, ¹ 2, maddə 67, ¹ 3, maddə
225, ¹ 12, maddə 1012; 2007, ¹ 12, maddə 1202; 2008, ¹ 12, maddə
1049; 2009, ¹ 6, maddə 395, ¹ 7, maddə 505; 2012, ¹ 6, maddə
528; 2014, ¹ 8, maddə 958; 2016, ¹ 11, maddə 1777; 2017, ¹ 1, maddələr
18, 32; 2018, ¹ 8, maddə 1671, ¹ 12 (I kitab), maddə 2500; 2019, ¹
8, maddə 1365, ¹ 11, maddə
1688; 2020, ¹ 12 (l kitab), maddə
1449) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1.5-ci maddəyə
“qismində” sözündən
sonra “və (və ya) hüquqi
şəxs yaratmadan” sözləri, “müstəqil
büdcəyə” sözlərindən
sonra isə “ və ya
pul vəsaitlərinə”
sözləri əlavə
edilsin.
2. 1.1.7-ci maddəyə
“xərclərini” sözündən
sonra “(Dövlət borcu və zəmanəti
üzrə öhdəliklərin
Təminat Fondunun gəlir və xərcləri istisna olmaqla)” sözləri əlavə edilsin.
3. 1.1.13-cü maddə
aşağıdakı redaksiyada
verilsin:
“1.1.13. büdcə
ssudaları – dövlət
büdcəsindən Naxçıvan
Muxtar Respublikasının
büdcəsinə, yerli
büdcələrə, büdcə
təşkilatlarına, dövlət
adından yaradılan
publik hüquqi şəxslərə, dövlət
büdcəsindən maliyyə
yardımı alan digər hüquqi şəxslərə, yerli
büdcələrdən bələdiyyə
təşkilatlarına büdcə
ili ərzində verilən və ən geci verildiyi
büdcə ilinin sonunadək qaytarılmalı
olan maliyyə vəsaiti;”.
4. Aşağıdakı
məzmunda 1.1.17-1-ci, 1.1.31-1-ci və 1.1.31-2-ci maddələr
əlavə edilsin:
“1.1.17-1. transfert
– dövlət büdcəsindən
Naxçıvan Muxtar
Respublikasının büdcəsinə,
yerli büdcələrə,
büdcədənkənar dövlət
fondlarına, məqsədli
büdcə fondlarına,
büdcədənkənar dövlət
fondlarından və məqsədli büdcə
fondlarından dövlət
büdcəsinə, Naxçıvan
Muxtar Respublikasının
büdcəsinə və
yerli büdcələrə
əvəzsiz verilən
(köçürülən) maliyyə vəsaiti;”;
“1.1.31-1. icmal büdcənin gəlirləri
– dövlət büdcəsinin
gəlirləri (Azərbaycan
Respublikasının Dövlət
Neft Fondundan dövlət büdcəsinə
transfert istisna olmaqla), Azərbaycan Respublikasının Dövlət
Neft Fondunun gəlirləri, Naxçıvan
Muxtar Respublikasının
büdcəsinin gəlirləri
(dövlət büdcəsindən
verilən dotasiya istisna olmaqla), dövlət sosial müdafiə fondunun gəlirləri (dövlət
büdcəsinin öhdəliklərinin
maliyyələşdirilməsi üçün ayrılan
vəsait və dövlət büdcəsindən
maliyyələşən təşkilatların
məcburi sosial sığorta üzrə ödədikləri sığorta
haqlarının məbləği
istisna olmaqla), işsizlikdən sığorta
fondunun gəlirləri
(dövlət büdcəsindən
maliyyələşən təşkilatların
işsizlikdən sığorta
üzrə ödədikləri
sığorta haqlarının
məbləği istisna
olmaqla);
1.1.31-2. icmal büdcənin xərcləri
– dövlət büdcəsinin
xərcləri (Azərbaycan
Respublikasının Dövlət
Neft Fondundan dövlət büdcəsinə
transfertin məbləği
çıxılmaqla), Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun xərcləri, Naxçıvan
Muxtar Respublikasının
büdcəsinin xərcləri
(dövlət büdcəsindən
verilən dotasiyanın
məbləği çıxılmaqla),
dövlət sosial müdafiə fondunun xərcləri (dövlət
büdcəsinin öhdəliklərinin
maliyyələşdirilməsi üçün ayrılan
vəsait və dövlət büdcəsindən
maliyyələşən təşkilatların
məcburi sosial sığorta üzrə ödədikləri sığorta
haqlarının məbləği
çıxılmaqla), işsizlikdən
sığorta fondunun xərcləri (dövlət
büdcəsindən maliyyələşən
təşkilatların işsizlikdən
sığorta üzrə
ödədikləri sığorta
haqlarının məbləği
çıxılmaqla);”.
5. 1.1.29-cu maddədə
“orta və uzunmüddətli” sözləri
“bu Qanunun 11-1-ci maddəsinə əsasən
müəyyən edilən”
sözləri ilə əvəz edilsin.
6. 1.1.32-1-ci maddədən
“ümumi” sözü
çıxarılsın.
7. 1.1.33-cü maddə ləğv edilsin.
8. 1.1.34-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.34. icmal büdcə xərclərinin yuxarı həddi – bu Qanunun 11-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmış göstərici;”.
9. 1.1.35-ci maddədən “digər” sözü çıxarılsın.
10. 1.1.36-cı və 1.1.37-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“1.1.36. icmal büdcənin qeyri-neft baza kəsiri – icmal büdcənin qeyri-neft gəlirləri ilə icmal büdcənin baza xərclərinin fərqi;
1.1.37. ortamüddətli dövr – növbəti büdcə ili və sonrakı üç ili əhatə edən dövr.”.
11. 11.5-ci, 11.15-ci (hər iki halda) və 11.16-cı (hər iki halda) maddələrdən “büdcə qaydasına uyğun hesablanmış” sözləri çıxarılsın.
12. 11-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 11-1. Büdcə qaydası
11-1.1. Ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisi və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisi bu Qanunun 11-1.2-ci maddəsinə uyğun olaraq müəyyən edilən yuxarı hədlərdən çox ola bilməz.
11-1.2. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə ortamüddətli dövr ərzində hər büdcə ilinin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
11-1.3. Ortamüddətli dövr üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı hədləri həmin dövr üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən xam neftin ixrac qiyməti əsasında hesablanır.
11-1.4. Bu Qanunun 23.4-cü maddəsinə əsasən büdcə qaydasının dayandırılması barədə qərar qəbul edildikdə, bu Qanunun 11-1.3-cü maddəsinə uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsrinin qeyri-neft ümumi daxili məhsula nisbətinin yuxarı həddi, habelə dövlət borcunun ümumi daxili məhsula nisbətinin yuxarı həddi yenidən hesablanır və bu Qanunun 11-1.2-ci maddəsinə müvafiq olaraq bu qərarların tətbiq olunduğu ildən başlayan ortamüddətli dövr üçün yenidən müəyyən edilir.
11-1.5. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.”.
13. 12-ci maddə üzrə:
13.1. 12.1.8-ci maddədə “mühüm investisiya layihələrini” sözləri “investisiya layihələrinin sahələr və istiqamətlər üzrə ümumi məbləğlərini” sözləri ilə əvəz edilsin;
13.2. 12.1.9-cu və 12.1.12-ci maddələr ləğv edilsin.
13.3. 12.1.14-cü maddə aşağıdakı redaksiyada verilsin:
“12.1.14. cari ilin ötən dövrü üçün xalis maliyyə aktivləri barədə arayış;”.
14. 18-ci maddə üzrə:
14.1. 18.3-1-ci maddədən “aylıq,” sözü çıxarılsın;
14.2. 18.7-ci maddəyə “tərəfindən” sözündən sonra “yarımillik və illik dövriliklə” sözləri əlavə edilsin.
15. 19.6-cı maddədən “birdəfəlik təyinatlı” sözləri çıxarılsın.
16. 20.2-ci maddənin dördüncü cümləsi ləğv edilsin.
17. 25.3-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“25.3-1. Dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmir.”.
18. 27-ci maddə üzrə:
18.1. 27.1-ci maddənin birinci cümləsində (birinci halda) “büdcədənkənar dövlət fondları” sözləri “bu Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının” sözləri ilə əvəz olunsun və həmin cümləyə (ikinci halda) “büdcədənkənar” sözündən əvvəl “həmin” sözü əlavə edilsin;
18.2. aşağıdakı məzmunda 27.1-1-ci maddə əlavə edilsin:
“27.1-1. Büdcədənkənar dövlət fondlarının idarə olunması, onların vəsaitlərinin istifadəsi və uçotu bu Qanunun müddəaları nəzərə alınmaqla, həmin büdcədənkənar dövlət fondlarının fəaliyyətini tənzimləyən qanunlara və digər normativ hüquqi aktlara uyğun həyata keçirilir.”;
18.3. 27.2-ci maddənin birinci cümləsinə “xərclər” sözündən sonra “, habelə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri” sözləri əlavə olunsun və həmin maddənin ikinci cümləsi ləğv edilsin;
18.4. 27.4-cü maddənin ikinci cümləsi ləğv edilsin;
18.5. 27.5-ci maddənin birinci cümləsində “Büdcədənkənar” sözü “Bu Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar” sözləri ilə, həmin maddənin ikinci cümləsində isə “Büdcədənkənar” sözü “Həmin büdcədənkənar” sözləri ilə əvəz edilsin;
18.6. 27.7-ci maddədə “büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və” sözləri “bu Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və həmin” sözləri ilə əvəz edilsin;
18.7. aşağıdakı məzmunda 27.8-ci və 27.9-cu maddələr əlavə edilsin:
“27.8. Hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının xərclərinin yuxarı həddi həmin fondların büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.
27.9. Hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət fondlarının maliyyə əməliyyatları barədə illik hesabatları dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim olunur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 dekabr 2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.17.