“Telekommunikasiya haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 685; 2006, ¹ 11, maddə 932; 2007, ¹ 5, maddə 442, ¹ 11, maddə 1053; 2016, ¹ 6, maddə 969, ¹ 12, maddə 1989; 2017, ¹ 3, maddə 346, ¹ 6, maddələr 1024, 1046, ¹ 7, maddə 1266, ¹ 12 (I kitab), maddə 2255; 2018, ¹ 6, maddə 1161; 2019, ¹ 4, maddə 588, ¹ 7, maddə 1177, ¹ 12, maddə 1882; 2020, ¹ 8, maddə 1012) aşağıdakı məzmunda 32.3-cü və 33.1.9-6-cı maddələr əlavə edilsin:
“32.3. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereya təşkilatçısının və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş idman mərc oyunları operatorunun operator və ya provayderlərin telekommunikasiya şəbəkələrindən istifadəsi ilə bağlı münasibətlər onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir.”;
“33.1.9-6. telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkili və (və ya) satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;”.
Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.19.