“Dövlət borcu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 748, ¹ 11, maddə 1093; 2010, ¹ 4, maddə 276; 2016, ¹ 11, maddə 1772; 2017, ¹ 5, maddə 704, ¹ 12 (I kitab), maddə 2252; 2018, ¹ 12 (I kitab), maddə 2501; 2019, ¹ 1, maddə 3; 2020, ¹ 12 (l kitab), maddə 1456) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.11-ci maddədə “yaradılan məqsədli büdcə” sözləri “hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 7.3-cü maddə əlavə edilsin:
“7.3. Dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmir.”.
3. 3-cü maddə üzrə:
3.1. 13.1-ci maddədə “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə” sözləri “hüquqi şəxs yaratmadan təsis edilmiş büdcədənkənar dövlət” sözləri ilə əvəz edilsin;
3.2. 13.2.3-cü maddədən “dövlət büdcəsinə” sözləri çıxarılsın;
3.3. aşağıdakı məzmunda 13.3-2-ci maddə əlavə edilsin:
“13.3-2. Təminat Fondunun xərclərinin yuxarı həddi həmin fondun büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.23.