“Reklam
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2021-ci il 27 dekabr tarixli 458-VIQD nömrəli
Qanununun tətbiqi və “Reklam
haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli
1281-IVQ nömrəli Qanununun tətbiqi və
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli
644 nömrəli Fərmanının ləğvi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2021-ci il 27 dekabr tarixli 458-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 7, maddə 822; 2016, ¹ 8, maddə 1384, ¹ 11, maddə 1821, ¹ 12, maddə 2062; 2017, ¹ 3, maddə 354, ¹ 7, maddə 1378, ¹ 12 (I kitab), maddə 2295; 2018, ¹ 11, maddə 2289; 2019, ¹ 3, maddə 439, ¹ 4, maddə 611; 2020, ¹ 7, maddə 891) 2.10-cu bəndi ləğv edilsin.
2.Azərbaycan Respublikasının Nazirlər Kabineti “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 458-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S. 6.