Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin
daxili və xarici
borcalması Qaydası”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 12, maddə 2100; 2018, ¹ 10, maddə 1991; 2019, ¹ 4, maddə 644; 2020, ¹ 1, maddə 5) ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:
“1.5. Müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) yüz faiz dövlətə məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu Qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilmir.”.
2. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.7.