“Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi haqqında”,
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə”, “Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestri
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi
və “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli
782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi
haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə”, “Azərbaycan Respublikasının Ailə
Məcəlləsində dəyişiklik edilməsi
haqqında”, “15 yaşı tamam
olmamış Azərbaycan Respublikası vətəndaşının
fərdi identifikasiya kartının tətbiqi
müddətləri ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunlarında dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası
qanunlarının ləğv edilməsi barədə” Azərbaycan
Respublikasının 2021-ci il 20 dekabr tarixli 432-VIQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli
586 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikası vətəndaşının
şəxsiyyət vəsiqəsi
haqqında”, “Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə”, “Azərbaycan
Respublikası Əhalisinin
Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
və “Azərbaycan Respublikasının 1994-cü il
8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik
edilməsi haqqında”,
“Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə”, “Azərbaycan
Respublikasının Ailə
Məcəlləsində dəyişiklik
edilməsi haqqında”,
“15 yaşı tamam olmamış Azərbaycan
Respublikası vətəndaşının
fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə
əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunlarında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
qanunlarının ləğv
edilməsi barədə”
Azərbaycan Respublikasının
2021-ci il 20 dekabr tarixli 432-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
2. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 586 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 75; 2013, ¹ 12, maddə 1542; 2014, ¹ 5, maddə 477; 2015, ¹ 10, maddə 1141; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 12 (I kitab), maddə 2285; 2018, ¹ 8, maddə 1706) 5.2-ci bəndində “dördüncü” sözü “yeddinci” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 20 dekabr tarixli 432-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.8.