“Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2021-ci il 27 dekabr tarixli 459-VIQD nömrəli
Qanununun tətbiqi və “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2021-ci il 27 dekabr tarixli 459-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 1.6-cı maddəsində “orqan (qurum)” dedikdə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.
2. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 51; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 5, maddə 861; 2018, ¹ 12 (I kitab), maddə 2611; 2019, ¹ 7, maddə 1245; 2020, ¹ 1, maddə 17, ¹ 5, maddə 565; 2021, ¹ 6 (I kitab), maddə 591; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 797 nömrəli və 2021-ci il 4 noyabr tarixli 1475 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.2-ci bəndə “2-ci maddəsinin” sözlərindən əvvəl “1.6-cı maddəsində,” sözləri əlavə edilsin;
2.2. 2.11-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.12-ci bənd əlavə edilsin:
“2.12. həmin Qanunun 1.6-cı maddəsində orqan “(qurum)” dedikdə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.”.
3.Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 459-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.-
S.8.