“Hüquqi
şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli 413-VIQD nömrəli Qanununun
tətbiqi və “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2021-ci il 3 dekabr tarixli 413-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 13.3-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 4, maddə 228; 2005, ¹ 8, maddə 708, ¹ 9, maddə 801, ¹ 12, maddə 1103; 2006, ¹ 12, maddə 1034; 2008, ¹ 2, maddə 54; 2012, ¹ 1, maddə 6; 2013, ¹ 12, maddə 1529; 2014, ¹ 2, maddə 103; 2016, ¹ 3, maddə 465, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1637; 2017, ¹ 5, maddə 846, ¹ 9, maddə 1653, ¹ 10, maddə 1803, ¹ 12 (I kitab), maddə 2319; 2018, ¹ 12 (I kitab), maddə 2614; 2019, ¹ 2, maddə 211; 2020, ¹ 8, maddə 1029, ¹ 11, maddələr 1360, 1362) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndə “8-1.2-ci” sözlərindən sonra “, 13.3-1-ci” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 2.9-1-ci bənd əlavə edilsin:
“2.9-1. həmin Qanunun 13.3-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 413-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.9.