“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.76-cı, 33-5.1.3-cü, 33-5.2-ci və 33-5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 18.76-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 33-5.1.3-cü, 33-5.2-ci və 33-5.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.

2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 767; 2006, ¹ 12, maddə 1057; 2008, ¹ 9, maddə 798; 2012, ¹ 6, maddə 547, ¹ 12, maddə 1271; 2013, ¹ 11, maddə 1327, ¹ 12, maddə 1510; 2014, ¹ 4, maddə 360; 2016, ¹ 1, maddə 43, ¹ 5, maddə 883, ¹ 9, maddə 1463, ¹ 11, maddə 1807; 2017, ¹ 3, maddə 370, ¹ 5, maddə 757, ¹ 7, maddə 1377, ¹ 10, maddə 1804, ¹ 12 (I kitab), maddə 2293; 2018, ¹ 6, maddələr 1231, 1239, ¹ 7 (I kitab), maddə 1489, ¹ 12 (I kitab), maddə 2552; 2019, ¹ 1, maddə 95, ¹ 6, maddə 1044, ¹ 7, maddə 1248, ¹ 11, maddə 1699; 2020, ¹ 5, maddə 561, ¹ 7, maddə 735) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “4.1-ci, 4.1-1-ci (hər dörd halda), 4.1-2-ci (hər üç halda), 4.1-3-cü (hər üç halda), 4.1-4-cü (hər üç halda), 4.1-5-ci, 4.1-6-cı, 6.2-ci, 18.65.6.1-ci (hər iki halda), 23-2-ci və 33-2.2-ci” sözləri “6.2-ci, 18.76-cı, 33-5.1.3-cü, 33-5.2-ci və 33-5.3-cü” sözləri ilə əvəz edilsin;

2.2. 2.1-1–2.1-4-cü, 2.1-7-ci, 2.1-8-ci, 2.1-13-cü və 2.1-16-cı bəndlər ləğv edilsin;

2.3. 2.1-10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.1-10. həmin Qanunun 33-5.1.3-cü, 33-5.2-ci və 33-5.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;”;

2.4. 2.2-ci bənddən “18.65.3-1-ci (ikinci halda)” sözləri çıxarılsın və həmin bənddə “, 25.2.2-ci və 33-5-ci” sözləri “və 25.2.2-ci” sözləri ilə əvəz edilsin;

2.5. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 18.76-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

2.6. 2.3-cü bənddən “və 7-ci maddəsində (2-ci maddə üzrə)” sözləri çıxarılsın və həmin bənddə “Vergilər” sözüİqtisadiyyatsözü ilə əvəz edilsin;

2.7. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər;”;

2.8. 2.9-cu bənddə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.9. 2.11-ci bənddən “(birinci halda)” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 31 dekabr.- S.9.