“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli 417-VIQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikası Milli
Məclisi deputatının statusu
haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 31 avqust tarixli 116 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikası Milli Məclisi deputatının
statusu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli 417-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-1-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 30-4-cü maddəsinin dördüncü hissəsində, 30-6-cı maddəsinin ikinci hissəsinin 1-ci və 2-ci bəndlərində, dördüncü hissəsinin 2-ci və 4-cü bəndlərində, beşinci hissəsinin 3-cü bəndində və yeddinci hissəsinin 5-ci bəndində, 30 7-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, 30-9-cu maddəsinin birinci və ikinci hissələrinin dördüncü abzaslarında və dördüncü hissəsində, 30-10-cu maddəsinin adında və mətnində (hər iki halda) və 30-11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 30-9-cu maddəsinin ikinci hissəsinin dördüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 30-4-cü maddəsinin dördüncü hissəsində, 30-6-cı maddəsinin yeddinci hissəsinin 5-ci bəndində, 30-7-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci cümləsində, 30-9-cu maddəsinin birinci hissəsinin dördüncü abzasında və dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 30-6-cı maddəsinin ikinci hissəsinin 1-ci və 2-ci bəndlərində, dördüncü hissəsinin 2-ci və 4-cü bəndlərində, beşinci hissəsinin 3-cü bəndində, 30-7-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 30-10-cu maddəsinin adında və mətnində (hər iki halda) və 30-11-ci maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 2-1-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 417-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 624) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-1-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında, 30-4-cü maddəsinin dördüncü hissəsində, 30-6-cı maddəsinin ikinci hissəsinin 1-ci və 2-ci bəndlərində, dördüncü hissəsinin 2-ci və 4-cü bəndlərində, beşinci hissəsinin 3-cü bəndində və yeddinci hissəsinin 5-ci bəndində, 30 7-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, 30-9-cu maddəsinin birinci və ikinci hissələrinin dördüncü abzaslarında və dördüncü hissəsində, 30-10-cu maddəsinin adında və mətnində (hər iki halda) və 30-11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 30-9-cu maddəsinin ikinci hissəsinin dördüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.3. həmin Qanunun 30-4-cü maddəsinin dördüncü hissəsində, 30-6-cı maddəsinin yeddinci hissəsinin 5-ci bəndində, 30-7-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin ikinci cümləsində, 30-9-cu maddəsinin birinci hissəsinin dördüncü abzasında və dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.4. həmin Qanunun 30-6-cı maddəsinin ikinci hissəsinin 1-ci və 2-ci bəndlərində, dördüncü hissəsinin 2-ci və 4-cü bəndlərində, beşinci hissəsinin 3-cü bəndində, 30-7-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 30-10-cu maddəsinin adında və mətnində (hər iki halda) və 30-11-ci maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun 2-1-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.
4. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr
2021-ci il
Azərbaycan. - 2021.- 31 dekabr.-
S.11.