“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq
təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli 420-VIQD nömrəli Qanununun tətbiqi
və “Azərbaycan Respublikasının xarici
ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət
göstərən diplomatik nümayəndəliklərində
qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 19 iyul
tarixli 88 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda
fəaliyyət göstərən
diplomatik nümayəndəliklərində
qulluq edən şəxslərin icbari sığortası haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli 420-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci, 3.1.4-cü, 5.2.1-ci, 5.2.2-ci, 6.1.2-ci, 6.1.4-cü, 6.2.3-cü, 6-1.2.5-ci, 7-1-ci, 8.4-cü maddələrində, 10.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 11-1.1.3-cü, 11-1.2.3-cü, 11-1.4-cü maddələrində, 11-2-ci maddəsinin adında və mətnində (hər iki halda), 12.1-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 11-1.2.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 6-1.2.5-ci, 7-1-ci, 8.4-cü maddələrində, 10.1-ci maddəsinin ikinci cümləsində, 11-1.1.3-cü və 11-1.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 3.1.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 5.2.1-ci, 5.2.2-ci, 6.1.2-ci, 6.1.4-cü, 6.2.3-cü maddələrində, 10.1-ci maddəsinin birinci cümləsində, 11-2-ci maddəsinin adında və mətnində (hər iki halda), 12.1-ci və 12.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 3.1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 420-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 88 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 527; 2020, ¹ 7, maddə 876) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adında “xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari” sözləri “diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi” sözləri ilə əvəz edilsin;
3.2. həmin Fərmanın 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci, 3.1.4-cü, 5.2.1-ci, 5.2.2-ci, 6.1.2-ci, 6.1.4-cü, 6.2.3 cü, 6-1.2.5-ci, 7-1-ci, 8.4-cü maddələrində, 10.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 11-1.1.3-cü, 11-1.2.3-cü, 11-1.4-cü maddələrində, 11-2-ci maddəsinin adında və mətnində (hər iki halda), 12.1-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 11-1.2.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
2.3. həmin Qanunun 6-1.2.5-ci, 7-1-ci, 8.4-cü maddələrində, 10.1-ci maddəsinin ikinci cümləsində, 11-1.1.3-cü və 11-1.4 cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
2.4. həmin Qanunun 3.1.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun 5.2.1-ci, 5.2.2-ci, 6.1.2-ci, 6.1.4-cü, 6.2.3-cü maddələrində, 10.1-ci maddəsinin birinci cümləsində, 11-2-ci maddəsinin adında və mətnində (hər iki halda), 12.1-ci və 12.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
2.6. həmin Qanunun 3.1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.”.
4. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.16.