Azərbaycan Respublikası Prezidentinin “15 yaşı tamam
olmamış Azərbaycan Respublikası vətəndaşının
fərdi identifikasiya kartı haqqında”
Azərbaycan Respublikasının 2013-cü il
17 dekabr tarixli 853-IVQ
nömrəli Qanununun tətbiqi barədə”
2014-cü il 10 fevral tarixli 108 nömrəli, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi
identifikasiya kartı haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə
Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli
248 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
haqqında Əsasnamə”də dəyişikliklər
edilməsi barədə” 2014-cü il 9 sentyabr tarixli 249 nömrəli
fərmanlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
“15 yaşı tamam olmamış Azərbaycan
Respublikası vətəndaşının
fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası
Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının
2021-ci il 3 dekabr tarixli 426-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “15 yaşı
tamam olmamış Azərbaycan Respublikası
vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının
2013-cü il 17 dekabr tarixli 853-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 10 fevral tarixli 108 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 2, maddə
115, ¹ 11, maddə 1424) ləğv
edilsin.
2. “15 yaşı
tamam olmamış Azərbaycan Respublikası
vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə Əsasnamə”nin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 9, maddə
1028; 2015, ¹ 10, maddə 1141; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə
376; 2018, ¹ 9, maddə 1834; 2019, ¹ 3, maddə 421, ¹ 12, maddə
1947) ləğv edilsin.
3. “Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 9 sentyabr tarixli 249 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 9, maddə
1029; 2015, ¹ 10, maddə 1141; 2019, ¹ 12, maddə 1948) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 dekabr 2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.-
S.16.