“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanununun tətbiqi, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi və “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Büdcə sistemi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Büdcə sistemi haqqındaAzərbaycan Respublikası Qanununun 11-1.2-ci, 11-1.3-cü 11-1.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 11-1.2-ci 11-1.5-ci maddələrindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 11-1.3-cü maddəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması Qaydasıtəsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “Büdcə sistemi haqqındaAzərbaycan Respublikası Qanununun 11-1.2-ci maddəsinə uyğun olaraq, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2022-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. “Büdcə sistemi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. “Büdcə sistemi haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 605; 2004, ¹ 12, maddə 1014; 2009, ¹ 7, maddə 527; 2010, ¹ 2, maddə 77; 2014, ¹ 5, maddə 477, ¹ 10, maddə 1187; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 1, maddə 36, ¹ 11, maddə 2025, ¹ 12 (I kitab), maddə 2327; 2018, ¹ 8, maddə 1684, ¹ 12 (I kitab), maddə 2576) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “11-1.4-cü, 11-1.6-cı (hər iki halda), 11-1.7-ci,” sözləri “11-1.2-ci, 11-1.3-cü, 11-1.5-ci,” sözləri ilə əvəz edilsin;

4.2. 2.12-ci bənddə “11-1.4-cü, 11-1.7-ci” sözləri “11-1.2-ci, 11-1.5-ci” sözləri ilə əvəz olunsun həmin bəndəorqansözündən sonra “(qurum)” sözü əlavə edilsin;

4.3. 2.13-cü bənddə “11-1.6-cı (ikinci halda)” sözləri “11-1.3-cü” sözləri ilə əvəz olunsun həmin bəndəorqansözündən sonra “(qurum)” sözü əlavə edilsin;

4.4. 2.14-cü bənddən,11-1.6-cı (birinci halda)” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2021-ci il

 

Azərbaycan.- 2021.- 31 dekabr.- S.17.