“Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 422-VIQD nömrəli Qanununun tətbiqi və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişDövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 422-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 74-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 422-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 476; 2005, ¹ 2, maddə 71; 2007, ¹ 4, maddə 323; 2008, ¹ 5, maddə 372; 2014, ¹ 7, maddə 806, ¹ 10, maddə 1174; 2017, ¹ 2, maddə 164, ¹ 7, maddə 1331; 2018, ¹ 12 (I kitab), maddə 2539; 2019, ¹ 2, maddə 231) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissədə “maddəsinin əvvəlində” sözləri “maddəsində, 74-cü maddəsinin birinci cümləsində” sözləri ilə, “şəxslərinə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin” sözləri “şəxsləri dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin” sözləri ilə, “aiddirsözü “nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;

3.2. 3.1-ci bənddə “maddəsinin əvvəlində” sözləri “maddəsində” sözü ilə əvəz olunsun və həmin bəndə “və 78-ci” sözlərindən əvvəl “, 74-cü maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin.

4. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2021-ci il

 

Azərbaycan. - 2021.- 31 dekabr.- S.19.