“Lotereyalar
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2021-ci il 27 dekabr tarixli 450-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikasında lotereya fəaliyyətinin
təkmilləşdirilməsi haqqında” 2001-ci il 23 noyabr tarixli
599 nömrəli, “Lotereyalar haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” 2004-cü il 26 may tarixli 64 nömrəli,
“Lotereyalar haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikasının
2016-cı il 4 mart tarixli 156-VQD nömrəli Qanununun
tətbiqi haqqında” 2016-cı il 9 mart
tarixli 824 nömrəli, “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi
və “Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin fəaliyyətinin təmin edilməsi
və “Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin
fəaliyyətinin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 28 dekabr
tarixli 504 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli
911 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2021-ci il 27 dekabr tarixli 450-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.5-ci, 2.0.15-ci və 3.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 2.0.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 2.0.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 450-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 8-2.3-cü maddəsinə uyğun olaraq, virtual lotereyanın təşkili və keçirilməsi qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4.“Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 11, maddə 707; 2003, ¹ 10, maddə 585; 2004, ¹ 12, maddə 1004; 2009, ¹ 3, maddə 163; 2014, ¹ 6, maddə 644; 2016, ¹ 7, maddə 1252, ¹ 8, maddə 1384) 3-cü hissəsində “nəzarəti” sözü “dövlət nəzarətini” sözləri ilə, “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
5. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 5, maddə 337; 2009, ¹ 3, maddə 163; 2016, ¹ 7, maddə 1253; 2018, ¹ 12 (I kitab), maddə 2551) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1-ci bənddə “2.0.15-ci ” sözləri “2.0.5-ci, 2.0.15-ci, 3.3-cü” sözləri ilə əvəz edilsin;
5.2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.2. həmin Qanunun 2.0.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
5.3. 2.3-cü bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin, həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilsin:
“2.4. həmin Qanunun 2.0.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.”;
5.4. 3-cü hissədə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
6. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 156-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 824 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 3, maddə 445) 3-cü hissəsi ləğv edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 1954; 2020, ¹ 5, maddə 542, ¹ 7, maddə 862, ¹ 9, maddə 1151; 2021, ¹ 7, maddə 743) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1.1-ci bəndə “sisteminin” sözündən sonra “, habelə lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində münasibətlərin” sözləri əlavə edilsin;
7.2. aşağıdakı məzmunda 2.0.22-1-ci və 3.0.53-1-ci yarımbəndlər əlavə edilsin:
“2.0.22-1. lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində münasibətlərin tənzimlənməsini “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş vasitələrlə təmin etmək;”;
“3.0.53-1. lotereyaların və idman mərc oyunlarının təşkilinə və keçirilməsinə qanunla müəyyən edilmiş qaydada nəzarəti həyata keçirmək;”.
8. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 dekabr 2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.20.